"Vaşinqtonda həbs edilən iki iranlı rejimin terror qrupunun üzvüdür"-Amerika mediası

Amerika mediası ötən həftə Vaşinqtonda həbs olunan iki iranlının Tehran rejiminin terror qrupunun üzvü olduğunu yazıb.

Onların Amerika rəsmilərinə, o cümlədən Con Boltona qarşı sui-qəsd həyata keçirməyi planlaşdırdıqları bildirilir.

Qeyd olunur ki,  hər iki şəxsin barəsində geniş istintaq işləri aparılır. Məlumata görə, onlardan biri Əli Heydər son illər iki dəfə İrana gedib qayıdıb.

"Saxlanılan iki nəfər Amerikanın hüquq-mühafizə, kəşfiyyat orqanlarına sızmaq və onları təhlükə altına almaq üçün silah, elektronik avadanlıqlar və nağd pulla təmin edildikləri güclü qaynağa malik olublar"-deyə, məlumatda qeyd olunub.

Qeyd edək ki, bir neçə gün öncə Vaşinqtonda özlərini Amerika Daxili Təhlükəsizlik Departamentinin əməkdaşı kimi təqdim edən Arin Tahirzadə və Əli Heydər adlı iki casus həbs olunub.

40 və 36 yaşlı iranlıların özlərini məmur kimi qələmə verərək Amerika Təhlükəsizlik Xidmətinin əməkdaşları, ölkənin birinci xanımının mühafizəçiləri ilə əlaqə qurmağa çalışmaqda, onlara bahalı hədiyyələr verməkdə ittiham olunurlar. 

Gunaztv

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31