Ukraynada döyüşçü təslim olmağa məcbur olub

Mariupolda döyüşən britaniyalı təslim olmağa məcbur olub. "OLAYLAR.AZ" yazır ki , döyüşçünün təslim olması ilə bağlı xəbəri BBC paylaşıb . 

Ukraynada döyüşən britaniyalının ailəsi deyir ki, o,Rusiya qüvvələrinə təslim olmaq məcburiyyətində qalacağını deyib.

Nottingemşirdəki Nyuarkdan olan Aiden Aslin 2018-ci ildə Ukraynaya köçdüyündən Ukraynada döyüşüb və ölkə ordusunda dəniz piyadası olub.

Onun bölməsi son vaxtlar mühasirədə olan və Rusiyanın şiddətli bombardmanlarına məruz qalan Mariupol şəhərini müdafiə edir.

Anası Anq Vud müsahibəsində - "O, mənə zəng etdi və dedi ki, döyüşmək üçün silahları qalmayıb. Oğlumu sevirəm, o mənim qəhrəmanımdır"  deyib .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31