ABŞ Ukraynaya 750 milyon dollarlıq əlavə hərbi yardım göndərəcək

Olaylar.az xəbər verir ki,  ABŞ-ın 750 milyon dollar dəyərində əlavə hərbi yardım göndərməyi planlaşdırdığını açıqlayıb.

Bu barədə "Washington Post" qəzeti ABŞ rəsmilərinə istinadən xəbər yayıb.

Birləşmiş Ştatlar həmçinin Ukraynaya ağır artilleriya sistemləri, o cümlədən qaubitsalar, həmçinin bioloji və kimyəvi silahlarla hücumların qarşısının alınması və dəf edilməsinə həsr olunmuş pilotsuz təyyarələr və digər avadanlıqlar göndərə bilər.

Rəsmilərin sözlərinə görə, Kiyev rejiminə yeni yardım paketi genişmiqyaslı döyüşlər üçün nəzərdə tutulacaq və ABŞ-ın ötən fevral ayından Ukraynaya ayırdığı 1,7 milyard dollarlıq yardıma əlavə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31