Polşa və Baltikyanı ölkələrin prezidentləri Ukraynaya səfərə gediblər

Olaylar.az xəbər verir ki,  Polşa, Latviya, Litva və Estoniya prezidentləri Ukraynaya səfərə gediblər və artıq Kiyevə yollanırlar. Bu barədə aprelin 13-də  Tvitterdə Polşa liderinin beynəlxalq məsələlər üzrə məsul ofisinin nümayəndəsi Yakub Kumoç məlumat verib."Polşa prezidenti Anjey Duda, Litva, Latviya və Estoniya prezidentləri Gitanas Nauseda, Egils Levits, Alar Karis ilə birlikdə Ukraynadadır və hazırda Kiyevə yollanır", - deyə o bildirib.

"Ölkələrimiz bununla da qardaş Ukraynaya və onun prezidenti Vladimir Zelenskiyə dəstəyini ifadə edir", - Kumoç əlavə edib. Tvitterdə yerləşdirilən fotolara əsasən, dörd prezident Kiyevə qatarla gedirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31