Putinin ən yaxın adamlarından biri Ukraynada həbs edilib - FOTO
12 Aprel 2022 23:14 DünyaVladimir Putinin qızının "xaç atası" və Rusiya Prezidentinin MDB məkanında ən yaxın adamlarından sayılan Viktor Medvedçuk həbs edilib.
O, Ukraynanın "Həyat uğrunda Müxalifət Platformu" partiyası siyasi şurasının sədridir.
Bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında paylaşıb.
V.Zelenski qeyd edib ki, xüsusi əməliyyatı Ukraynanın Təhlükəsilik Xidməti(UTX) həyata keçirilib.
"Əla! Təfərrüatlar barədə bir qədər sonra. Slava Ukraine, Qeroyam Slava!"(Yaşasın Ukrayna. Qəhramanlara eşq olsun!) - V.Zelenski yazıb.
Qeyd edək ki, Viktor Medvedçuk Ukrayna qanunlarını pozub. O, habelə Rusiyaya qanunsuz səfər edib. Qərb ölkələri Medvedçukun (Rusiya prezidenti onun kiçik qızı Daryanın xaç atasıdır) yaxtasına həbs qoyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31