Mariupolda 22 minə yaxın insan həlak olub
12 Aprel 2022 23:12 DünyaRusiyanın hərbi əməliyyatları nəticəsində Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində 22 minə qədər dinc sakin öldürülüb.
Olaylar.az bildirir ki, bu barədə Donetsk vilayətinin rəhbəri Pavel Kirilenko CNN-ə bildirib.
Onun sözlərinə görə, şəhərdə vəziyyət ağırdır, qurbanların sayını dəqiqləşdirmək davamlı döyüşlər səbəbindən çətinləşib.
Kirilenko Mariupolda rusların kimyəvi hücumuna da münasibət bildirib.
"Biz bilirik ki, ötən gün gecəyarı pilotsuz təyyarə indiyə qədər naməlum partlayıcı qurğunu yerə atıb, Mariupol Metallurgiya Zavodunun ərazisində olan insanlar özlərini pis hiss edib", - Kirilenko deyib.
Xatırladaq ki, dünən rus işğalçılarının Mariupola naməlum zəhərli maddə atdıqları barədə məlumat yayılmışdı.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31