Qırğızıstan və Tacikistan sərhədində atışma oldu
12 Aprel 2022 22:13 DünyaQırğızıstan və Tacikistan sərhədçiləri arasında bir gündə ikinci atışma baş verib.
Olaylar.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
"2022-ci il aprelin 12-də Qırğızıstan-Tacikistan sərhəddində silahdan istifadə ilə bağlı təkrar insident baş verib. Bu dəfə atışma 30 dəqiqəyə yaxın davam edib, nəticədə bir qırğız əsgər yaralanıb", - məlumatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31