Nyu-York metrosunda baş verən atışmadan yeni görüntülər - YENİLƏNİB + FOTO/VİDEO
12 Aprel 2022 18:57 DünyaOlaylar.az RİA Novosti-yə istinadən bildirir ki, sosial şəbəkələrdə Nyu York metrosunda baş verən atışmanın ilk saniyələrində çəkilmiş görüntülər yayılıb.
Videonu qatarda olan şəxslərdən biri öz telefonuna çəkib.
Son məlumata görə, Nyu York metrosunda baş verən atışma zamanı 13 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.
18:08
Nyu-Yorkun "Sunset Park" metro stansiyasında atışma baş verib.
Hadisə nəticəsində ilkin məlumatlara görə, 13 nəfər yaralanıb. Onlardan ən azı birinin vəziyyətinin kritik olduğu bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31