İlon Mask “Twitter”dəki mövqeyi ilə bağlı qərar verdi - FOTO
12 Aprel 2022 18:45 DünyaAmerikalı sahibkar, "Tesla" və "Space X" şirkətlərinin rəhbəri, "Twitter" sosial şəbəkəsində pay alan İlon Mask Direktorlar Şurasına daxil olmaq fikrini dəyişib.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin direktoru Paraq Agraval özünün "Twitter" hesabından məlumat verib.
"İlon bizim Direktorlar Şurasında olmamaq qərarına gəldi", - deyə o bildirib.
Maskın "Twitter"in rəhbərləri arasında olacağına dair məlumatlar sahibkarın sosial şəbəkənin səhmlərində pay aldığını elan etməsindən az sonra ortaya çıxmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31