Ukraynadakı müharibə səbəbindən Şri-Lankada defolt elan olundu
12 Aprel 2022 15:47 DünyaŞri-Lankanın Maliyyə Nazirliyi ölkənin bütün xarici öhdəlikləri üzrə ödənişlərin dayandırıldığını elan edib.
Bu barədə qurumun çərşənbə axşamı yaydığı sərəncamda deyilir.
Qeyd olunur ki, son hadisələr, o cümlədən pandemiya və Ukraynadakı müharibə dövlətin fiskal vəziyyətinə mənfi təsir göstərib, xarici borcları ödəmək qeyri-mümkün olub.
"Nazirliyin siyasəti BVF-nin dəstəklədiyi iqtisadi transformasiya proqramına uyğun olaraq bu öhdəliklərin lazımi şəkildə restrukturizasiyası məqsədilə bütün (xarici) borclar üzrə ödənişlərin müəyyən müddətə dondurulması olacaq", - deyə sənəddə bildirilir.
Mənbə: TASS
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31