İran Xarici İşlər Nazirliyi Əfqanıstanın müvəqqəti işlər vəkilini çağırıb
12 Aprel 2022 14:28 DünyaOlaylar.az Fars agentliyinə istinadən xəbər verir ki, Əfqanıstanın İrandakı müvəqqəti işlər vəkili aprelin 12-də İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Məlumata əsasən o, kəskin etirazla qarşılanıb və növbəti bildirişə qədər İranın Kabildəki səfirliyinin konsulluq şöbəsinin fəaliyyətini dayandırdığını bildirib.
Bundan əvvəl İranın Kabildəki səfirliyi və Heratdakı baş konsulluq binaları qarşısında aksiyalar keçirilib, diplomatik nümayəndəliklər daşqalaq edilib. Əfqanıstanın İrandakı müvəqqəti işlər vəkilinə xarici diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etmək üçün ev sahibi hökumətin məsuliyyəti xatırladılıb. İran Xarici İşlər Nazirliyi Əfqanıstanı İran səfirliyi və baş konsulluğuna hücum edənləri mühakimə etməyə çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31