"Rus əsgərləri məni zorladılar"
12 Aprel 2022 12:40 Dünya"OLAYLAR.AZ" xəbər verir ki , Kiyevdən 70 kilometr qərbdə yerləşən sakit kənd məhəlləsində yaşayan 50 yaşlı Anna BBC-yə müsahibəsində rus əsgərləri tərəfindən zorlandığını iddia edib.
Anna bildirib ki, martın 7-də qəfildən evinə əcnəbi əsgər girəndə əri ilə birlikdə içəridə olub: "O, başıma silah dayadı və məni yaxınlıqdakı evə apardı. Əmr etdi ki, paltarını soyun, yoxsa səni güllələyəcəm. Dediyini etməsəm, məni öldürəcəyini deyərək hədələrinə davam etdi. Sonra məni zorlamağa başladı.O, məni zorlayanda içəri daha dörd əsgər gəldi. Fikirləşdim ki, mənim işimi bitirdilər. Onu qovdular. Onu bir daha görmədim."
Anna evə qayıdanda dəhşətli mənzərə ilə qarşılaşıb. Həyat yoldaşı qarnından güllələnmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31