Dini liderlər həmrəylik nümayiş etdirmək üçün Ukraynaya səfər edəcək

Dini  liderlərdən ibarət beynəlxalq nümayəndə heyəti işğaldan əziyyət çəkənlərlə həmrəylik nümayiş etdirmək üçün çərşənbə axşamı Ukraynaya səfər edir.

"OLAYLAR.AZ" yazır ki, bu haqda BBC xəbər agentliyi məlumat yayıb. Belə ki ,qrupun Ukraynanın şərq şəhərlərindən  qərbindəki Çernivtsi şəhərinə qaçanlarla görüşəcəyi gözlənilir.

Nümayəndə heyətinə rahiblər, ravvinlər, müsəlman din xadimləri, Buddist və Hindu dini liderləri və Kenterberinin keçmiş arxiyepiskopu Rowan Williams daxildir.

Uilyams keçən həftə BBC Radio Four-a verdiyi müsahibədə Rus Pravoslav Kilsəsinin günahsız insanların öldürülməsini pisləmədiyi üçün Ümumdünya Kilsələr Şurasından xaric edilməsini söyləyib.

Papa Fransisk səfərə xeyir-dua verib və deyib ki, indi susmaq vaxtı deyil, bu iyrənc hərəkətlərə son qoyulmasını zorla tələb etmək vaxtıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31