Ukrayna Rusiyanın indiyədək məhv edilən helikopterlərinin sayını AÇIQLADI

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı açıqlanıb.

Olaylar.az  məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Məlumata əsasən, Rusiyanın 19 600-ə yaxın hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 732 ədəd tankı, 1 946 ədəd zirehli döyüş maşını, 349 ədəd artilleriya sistemi, 111 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 63 hava hücumundan müdafiə sistemi, 157 ədəd hərbi təyyarəsi, 140 ədəd helikopteri, 1 406 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 124 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31