Putin Amur vilayətinə səfərə getdi
12 Aprel 2022 10:24 DünyaRusiya Prezidenti Vladimir Putin Kosmonavtika Günü ilə bağlı bu gün Amur vilayətinə işgüzar səfər edib.
Olaylar.az xəbər verir ki, Blaqoveşensk şəhərinə gələn Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə "Vostoçnıy" kosmodromunun tikintisi ilə tanış olacaq.
İki lider Ukrayna məsələsini də müzakirə edəcək və görüşdən sonra media üçün mətbuat konfransı keçirəcək.
Bundan başqa, Putin Blaqoveşensk şəhərində Roskosmos rəhbəri Dmitri Roqozin və Amur vilayətinin qubernatoru Vasili Orlovla görüş keçirəcək.
Redaktor.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31