Ukraynanın şərqində döyüşlər intensivləşəcək – Britaniya kəşfiyyatı
12 Aprel 2022 11:15 DünyaRusiya Ukraynanın şərqindəki səylərinə yenidən fokuslanmağa davam etdiyi üçün orada döyüşlər qarşıdakı iki və ya üç həftə ərzində intensivləşəcək.
Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Rusiya hücumları Donetsk və Luqansk yaxınlığındakı Ukrayna mövqelərinə fokuslanmış olaraq qalır. Vurğulanıb ki, Xerson və Nikolayev uğrunda döyüşlər davam edir, Kramatorks istiqamətində isə rusların hücumu yenilənib.
Əlavə olunub ki, Rusiya qüvvələri Ukraynanın şərqindəki əməliyyatları dəstəkləmək məqsədi ilə Belarusdan çəkilməyə davam edir.
Azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31