Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə güclü zəlzələ olub.

Olaylar.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Qara dənizdə 5,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkan İstanbul, Zonquldağ və ətraf vilayətlərdə hiss edilib.

Qeyd olunub kimi, zəlzələ Zonquldağın 114 kilometr şimal-qərbində, 2 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31