"Qərb liderləri razılıq Moskvaya səfərə başlayacaqlar" - Politico nəşri
11 Aprel 2022 22:07 Dünya"Rusiya Ukraynada keçirilən xüsusi əməliyyat fonunda qalibdir".
Olaylar.az APA-ya istinadən bildirir ki, bu fikirlər Amerikanın "Politico" nəşrində yer alıb.
"Əgər Rusiyanın Ukraynadakı hərbi əməliyyatlardan faydalanmadığını düşünürsünüzsə, bunları nəzərə alın: Moskvanın aylıq qaz ixracı gəlirləri keçən illə müqayisədə üç dəfə artıb; Rusiyaya rəğbəti ilə seçilən Marin Le Pen Fransada prezident olmağa yaxındır; və bu gün Qərb liderləri Ukraynadakı vəziyyətə görə prezident Vladimir Putini razı salmaq üçün yenidən Moskvaya səfərə başlayacaqlar",-deyə məqalədə qeyd olunub.
Materialın alt başlıqlarından birində deyilir ki, "Putin iqtisadi müharibədə qalib gəlir" yazısı yer alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31