"Bu hərbi cinayətlərin araşdırılmasına kömək edəcək" - Etyen de Ponsen

Fransanın jandarma qüvvələri Ukraynanın Lvov şəhərinə yollanıblar.

Olaylar.az bildirir ki, bu barədə Fransanın Ukraynadakı səfiri Etyen de Ponsen bildirib.

Diplomatın sözlərinə görə, texniki və elmi jandarma dəstəsi Kiyev ətrafında Rusiya ordusu tərəfindən törədilmiş hərbi cinayətlərin araşdırılmasına kömək edəcək.

"Fransa - belə yardım ilk edən ölkədir. Sabah onlar işə başlayacaqlar", - deyə səfir bildirib.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31