"Ukrayna müharibəsi eyni zamanda Qərbi də birləşdirdi” - Zelenski
11 Aprel 2022 20:46 Dünya"Qərb ölkələri Ukraynada müharibənin qarşısını almadılar. Çünki birləşmirdilər və öz dövlətlərinin vəziyyətini düşünürdülər".
Olaylar.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski CBS telekanalına müsahibəsində deyib. "Qərb bunun qarşısını ala bilərdimi? Çox böyük ehtimalla, bəli. Putin məni eşitməyə bilər, amma ABŞ-ı, Britaniyanı və ya Qərb dünyasını eşitməyə bilməz. Qərb birləşməmişdi. Onlar prinsipial insanlardır, ümumi dəyərləri qoruyurlar. Amma ilk növbədə öz dövlətlərinin daxilində siyasi vəziyyəti nəzərə alırlar. Yalnız bundan sonra kənarda baş verənləri düşünürlər. Ukrayna müharibəsi eyni zamanda Qərbi də birləşdirdi", - Zelenski bildirib.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31