Kanada Rusiyanın şirkətlərinə sanksiya tətbiq etdi
11 Aprel 2022 19:21 DünyaKanada müdafiə sənayesi ilə əlaqəli 33 Rusiya şirkətinə sanksiya tətbiq edib.
Olaylar.az xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Coli deyib. "Rusiya müdafiə sektorundan 33 şirkətə qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edilir. Bu şirkətlər birbaşa və ya dolayısı ilə Rusiya silahlı qüvvələrinə dəstək veriblər", - nazir qeyd edib.
"Qara siyahı"ya Moskva Fizika və Texnologiya İnstitutu, "Zvezda" maşınqayırma zavodu, "Vımpel" gəmiqayırma zavodu və "İstok" elmi-istehsalat müəssisəsi də düşüb.
Kanada XİN-dən bildiriblər ki, Ukraynanın Buça şəhərində baş verənlərdən sonra sanksiyaların sərtləşdirilməsinə qərar verilib.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31