Yaponiyada “omikron” ştamının yeni altnövünə ilk yoluxma halı qeydə alınıb
11 Aprel 2022 17:06 DünyaYaponiyada "omikron" ştamının ХЕ adlanan altnövünə ilk yoluxma halı qeydə alınıb. Olaylar.az xəbər verir ki, bu barədə yerli NHK telekanalı məlumat yayıb.
Virus Tokionun yaxınlığında yerləşən Narita hava limanında, ABŞ-dan gəlmiş bir qadında aşkarlanıb. Aparılmış genetik təhlil nəticəsində bunun "omikron" ştamının yeni altnövü olduğu müəyyənləşib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "omikron" XE-ni pandemiya tarixinin ən yoluxucu növü elan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31