Dünya Bankı: Müharibə Rusiya iqtisadiyyatını 11,2 faiz azaldacaq

Olaylar.az xəbər verir ki, Dünya Bankı Ukrayna iqtisadiyyatının bu il 45,1%, Rusiya iqtisadiyyatının isə müharibə və sanksiyaların təsiri nəticəsində 11,2% kiçilməsinin gözləndiyini açıqlayıb.

Dünya Bankı Avropa və Mərkəzi Asiya  Regionu üzrə İqtisadi Yenilik Hesabatının sonuncu sayını dərc edib. Müvafiq olaraq, region iqtisadiyyatı üçün artım gözləntiləri 2022-ci il üçün 7,1 faiz bəndi azalaraq mənfi 4,1 faizə, 2023-cü il üçün isə 0,4 faiz bəndi azalaraq 2,5 faizə endirilib.

Bank hesabatın yanvar sayında Türkiyə üçün açıqlanan artım gözləntilərinə də yenidən baxıb. Müvafiq olaraq, Türkiyə iqtisadiyyatının 2022-ci il üçün artım gözləntiləri 2 faizdən 1,4 faizə endirilib, 2023-cü il üçün isə 3 faizdən 3,2 faizə qaldırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31