Zelenski Cənubi Koreyadan ağır texnika istəyib

"Cənubi Koreyanın Rusiya tanklarına, raketlərinə qarşı mübarizə aparacaq müxtəlif hərbi avadanlığı var, əgər siz bizə bu məsələdə yardım etsəniz, çox məmnun olarıq".
Olaylar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Koreya Respublikası parlamenti deputatları qarşısında videoformatda çıxışı zamanı bildirib.
"Ukraynanın müxtəlif hərbi texnika, o cümlədən tank və təyyarəyə ehtiyacı var. Cənubi Koreyanın Rusiya tanklarına, raketlərinə qarşı mübarizə aparacaq müxtəlif hərbi avadanlığı mövcuddur. Əgər siz bizə bu məsələdə yardım etsəniz, çox məmnun olarıq", - o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31