Türkiyədə mühacirləri daşıyan avtobus qəzaya düşdü: Çox sayda ölü və yaralı var - FOTO
11 Aprel 2022 13:02 DünyaTürkiyənin Bitlis vilayətində mühacirləri daşıyan avtobus qəzaya düşüb.
İdarəetmənin itirilməsi səbəbindən yoldan çıxan avtobusda olan qanunsuz mühacirlərin 4-ü həlak olub, aralarında sürücünün də olduğu 25 nəfər isə yaralanıb.
Hadisə yerinə polis, xilasedicilər və tibb işçiləri cəlb olunub.
Yaralılar xəstəxanalara yerləşdiriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31