Finlandiya və İsveç  NATO-ya üzv olmağa hazırlaşır

Olaylar.az  Britaniyanın "The Times" qəzetinə istinadən  xəbər verir ki,Finlandiya və İsveç bu yay NATO-ya üzv olmağı düşünür.

Qəzetdə yer alan xəbərə görə, mövzu ilə bağlı bir səlahiyyətli "Rusiyanın böyük bir strateji səhvə yol verdiyini" ifadə edərək, söz mövzusu iki ölkənin yay aylarında ittifaqa girməyə hazır göründüyünü bildirib.

ABŞ rəsmiləri, NATO Xarici İşlər Nazirləri Toplantısında Finlandiya və İsveçin üzvlük məsələsini müzakirə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31