Avstriya kansleri Putinlə danışıqlar aparmaq üçün Moskvaya gedir

Olaylar.az BBC-ə istinadən xəbər verir ki, Avstriya kansleri Karl Nehammer bu gün Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər edəcək.

Nehammer Ukraynaya təcavüz başlayandan bəri Rusiya lideri ilə şəxsən görüşən ilk Aİ lideri olacaq.

Avstriya rəsmiləri onun Moskva ilə Kiyev arasında dialoqu təşviq etmək istədiyini və həmçinin hərbi cinayətlər məsələsini qaldıracağını bildiriblər.

Xatırladaq ki, o, şənbə günü ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31