Bu ölkə Ukraynaya 8,8 milyon dollar yardım ayıracaq
11 Aprel 2022 11:03 DünyaOlaylar.az xəbər verir ki, Yeni Zelandiya Avropaya C-130 Hercules nəqliyyat təyyarəsini, həmçinin Ukraynaya hərbi yardımın daşınması və bölüşdürülməsi ilə məşğul olacaq 50 hərbi qulluqçu göndərəcək və Kiyevə müxtəlif sahələrdə yardım üçün 8,8 milyon dollar ayıracaq.
Bu barədə aprelin 11-də Yeni Zelandiyanın baş naziri Casinda Ardern bildirib.
"Növbəti iki ay ərzində bizim Hercules C-130 təyyarəmiz Avropa ətrafında uçacaq, çox ehtiyac duyulan avadanlıq və təchizatları əsas paylama mərkəzlərinə çatdıracaq tərəfdaş ölkələrin digər hərbi təyyarələrinə qoşulacaq". Eyni zamanda, o əlavə edib ki, daha səkkiz logistika mütəxəssisi Ukrayna ilə sərhədə avadanlıq və insanların daşınmasına kömək etmək üçün Almaniyaya göndəriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31