Müharibənin həlak etdiyi uşaqların sayı 183-ə çatdı

Ukraynada rus qoşunlarının silahlı hücumu nəticəsində 183 uşaq həlak olub, 342-dən çoxu yaralanıb.

Olaylar.az UNİAN-a istinadən bildirir ki, Baş Prokurorluğun məlumatına görə, 525-dən çox uşaq zərər çəkib.

Uşaqlardan ən çox Donetsk vilayətində - 110, Kiyevdə - 98, Xarkovda - 76, Çerniqovda - 54, Nikolayda - 40, Luqanskda - 35, Zaporojyedə - 22, Xersonda - 29, paytaxtda - 16, Sumidə - 16, Jitomirdə - 15 uşaq zərər çəkib.

Rusiya Federasiyası silahlı qüvvələrinin bombalaması və atəşə tutması nəticəsində 938 təhsil müəssisəsi zərər görüb, onlardan 87-si tamamilə dağıdılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31