Rusiyada partlayış olub, ölənlər var - VİDEO
11 Aprel 2022 10:05 DünyaRusiyanın Moskva vilayətinin Stupino şəhərində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Olaylar.az "Report"a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin Mətbuat Xidmətindən "RİA Novosti"yə bildirilib.
Məlumata görə, hadisə çoxmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrində baş verib. Hadisənin nasazlıq səbəbindən məişət qazı xəttində sızmadan baş verdiyi bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31