Rusların əsas hücumu buradan olacaq - Qayday

Düşmən qoşunlarının əsas hücum cəhdləri Luqansk vilayətinin Popasnaya, Rubejnoe və Severodonetsk istiqamətindən olacaq.

Axar.az  xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

"Hələlik ruslar texnika və canlı qüvvə toplayırlar. Amma təyyarələr, qumbaraatanlar, minaatanlar, "Qrad", "Smerç", "Uraqan" kimi reaktiv yaylım atəş sistemləri dayanmır. Ümumiyyətlə hər şeydən atırlar. İrimiqyaslı hücuma qədər hər yeri səhraya çevirmək istəyirlər ki, heç kim müqavimət göstərə bilməsin", - Qayday bildirib.

Onun sözlərinə görə, Rusiya komandanlığı Donbasda hərbi əməliyyata başlamaq üçün 60 min hərbçi gətirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31