Makron və Le Pen prezident seçkilərinin ikinci turuna keçiblər
11 Aprel 2022 07:42 DünyaFransanın hazırkı prezidenti Emmanuel Makron və ultra sağçı "Milli Birlik" partiyasının lideri Marin Le Pen prezident seçkilərinin ikinci turuna keçiblər.
Trend xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin saytında bildirilib.
Səsvermə bülletenlərinin 89 faizinin hesablanmasından sonra birinci turda E.Makron 27,4 faiz, Marin Le Pen 24,8 faiz, "İtaətsiz Fransa" partiyasının lideri Jan-Lyuk Melenşon 20,8 faiz səs toplayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31