Baydenə "Bayraktar"la bağlı ÇAĞIRIŞ

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr, Silahlı Qüvvələr və Kəşfiyyat komitəsinin 44 üzvü Baydenə Ukraynaya hərbi yardım göstərilməsi ilə bağlı məktub göndərib.
 
Olaylar.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
 
Məktubda konqresmenlər ABŞ və NATO müttəfiqlərinin indiyədək Ukraynaya əhəmiyyətli müdafiə yardımı etdiklərini və bu yardımın davam etdirilməli olduğunu vurğulayıblar.
 
"Ukraynanı daha uzun məsafəyə malik "Bayraktar TB-2" kimi müasir PUA-larla təmin etmək onlara Rusiyanı məhv etməyə imkan verəcək", - deyə məktubda bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31