Ukrayna tərəfi Rusiya ilə əsirlərin mübadiləsinin baş tutduğunu açıqlayıb
9 Aprel 2022 22:22 DünyaBu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin göstərişi əsasında Rusiya tərəfi ilə üçüncü əsir mübadiləsi baş tutub.
Olaylar.az bildirir ki, bu barədə özünün "Facebook" səhifəsində Ukraynanın baş nazirinin müavini İrina Vereşük yazıb.
"Prezident Zelenskinin göstərişi ilə bu gün üçüncü əsir mübadiləsi baş tutub. Biri qadın zabit olmaqla 12 hərbçimiz vətənə qayıdır. 9-u qadın olmaqla 14 mülki vətəndaşı da azad etdik. Toplam 26 insanımız", - deyə İ.Vereşük bildirib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31