İtaliya Ukraynadakı səfirliyini yenidən köçürür
9 Aprel 2022 21:47 Dünyaİtaliya Ukraynadakı səfirliyini yenidən paytaxt Kiyevə köçürəcək.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio deyib.
"Hökumət olaraq səfirliyimizi yenidən Kiyevdə açmağa qərar verdik. Səfirlik Pasxa bayramından sonra fəaliyyətə başlayacaq. İtaliya səfirliyi Kiyevi sonuncu tərk edənlərdən, indi isə ən tez geri qayıdanlardandır", - deyə nazir bildirib.
Xatırladaq ki, İtaliya martın 1-də Kiyevdəki səfirliyini Lvova köçürmüşdü.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31