Türkiyədə hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb
9 Aprel 2022 20:12 DünyaTürkiyənin Adana-Kozan avtomobil yolunun Mansurlu yol qovşağında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az xəbər verir ki, işıqforun qırmızı işığında gözləyən daxili qoşunlara məxsus maşın yan tərəfdən gələn digər avtomobil tərəfindən vurulub. Hərbi maşın aşıb və yüz metrə yaxın sürüşüb. Nəticədə iki hərbçi həlak olub, biri ağır olmaqla üç hərbçi yaralanıb.
Hadisə ilə bağlı istintaq başlanıb.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31