"Boris Conson Ukraynaya müdafiə dəstəyində liderdir" - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Consonun Kiyevə səfəri ilə bağlı paylaşım edib.

Olaylar.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, feysbuk səhifəsində Consonla şəkillərini paylaşaraq bildirib:

"Birləşmiş Krallığın Baş naziri Boris Conson Rusiya işğalının ən prinsipial rəqiblərindən biri, Rusiyaya sanksiya təzyiqi və Ukraynaya müdafiə dəstəyində liderdir. Kiyevə xoş gəldin, dostum!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31