“Sən öz ölkənin gələcəyini məhv edirsən” - Almaniya Kanslerindən Putinə çağırış
9 Aprel 2022 19:54 Dünya"Rusiya Prezidenti Vladimir Putin 19-cu, 18-ci, 17-ci və digər əsrlərdən bizə məlum olan imperiya təfəkkürünə malikdir".
Olaylar.az bildirir ki, DW nəşrinin məlumatına görə, bu barədə Almaniyanın Federal Kansleri Olaf Şolz bildirib.
O, yenidən Putini atəşi dərhal dayandırmağa və qoşunları Ukraynadan çıxarmağa çağırıb.
"Sən öz ölkənin gələcəyini məhv edirsən", - deyə kansler bildirib.
Kansler Qərbin sanksiyalarının artıq Rusiyanın iqtisadi inkişafına güclü təsir göstərdiyini təkrarlayıb və Kremli Berlinin Ukraynanı müdafiə silahları ilə təmin etməyə davam edəcəyinə əmin edib.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31