"Bu artıq Avropa İttifaqı deyil" - Rusiya Xarici İşlər Nazirliyi

Avropa İttifaqı NATO-nun iqtisadi şöbəsinə çevrilib.

Olaylar.az bildirir ki, bu barədə özünün "Telegram" kanalında Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova yazıb.

"Bu da sizin üçün "iqtisadi təşkilat". Bu artıq Avropa İttifaqı deyil. Bu sadəcə NATO-nun iqtisadi münasibətlər şöbəsidir", - deyə M.Zaxarova Avropa diplomatiyasının rəhbəri Jozep Borrelin Ukraynadakı münaqişənin hərbi yolla həlli ilə bağlı sözlərini şərh edərkən bildirib.

Xatırladaq ki, daha əvvəl J.Borrel Kiyevə səfəri zamanı Avropa İttifaqı tarixində ilk dəfə olaraq münaqişənin diplomatik yolla deyil, hərbi yolla həllini istəyib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31