Britaniyanın Baş naziri Boris Conson və Zelenski arasında görüş olub (YENİLƏNİB)
9 Aprel 2022 20:15 DünyaBöyük Britaniyanın Baş naziri Boris Conson Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Olaylar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin ofisindən bildirilib.
Tərəflər hərbi-siyasi əlaqələrin dərinləşdirilməsini müzakirə ediblər.
"Baş nazir Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirərək bu ölkəyə səfər edib. O, Zelenski ilə Ukraynaya uzunmüddətli dəstəyi müzakirə edib. Britaniya, həmçinin yeni maliyyə və hərbi yardım paketini təqdim edəcək", - Consonun sözçüsü bildirib.
Bir gün əvvəl Londonda Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında Conson bildirib ki, Böyük Britaniya Ukraynaya 100 milyon funt-sterlinq (130 milyon dollar) dəyərində müasir silah və hərbi texnikanın yeni partiyasını göndərəcək. Onun sözlərinə görə, söhbət yüksək dərəcəli silahlardan, o cümlədən "Starstreak" zenit raketlərindən ("Starstreak") gedir.
***
Britaniyanın Baş naziri Boris Conson Ukraynaya gəlib.
Olaylar.az bildirir ki, bu barədə Zelenskinin Ofis rəhbərinin müavini Andrey Cibirqa məlumat verib.
"İndicə Boris Consonun Kiyevə səfəri başladı. Prezident Zelenski ilə təkbətək söhbəti başlanıb"- deyə o qeyd edib.
Bundan əvvəl yayılan xəbərə görə, Britaniya Ukraynaya Mastiff və Shakal tipli zirehli texnika göndərmələ bağlı plan hazırlayır. Bu texnikalar kəşfiyyat və uzaq məsafələr üçün patrul xidmətində istifadə edilə bilər.
"The Times" mənbəyə əsasən bildirib ki, Britaniya ordusu təlim keçirmək üçün Ukrayna ilə qonşu ölkəyə göndəriləcək.
azpost