Pentaqon: ABŞ-ın Finlandiya və İsveçə qoşun yerləşdirmək planı yoxdur

Hazırda ABŞ hökumətinin Finlandiya və İsveç NATO-ya üzv olacağı təqdirdə bu ölkələrə qoşun yerləşdirmək planı yoxdur.

Bunu Pentaqonun sözçüsü Con Kirbi mətbuat konfransında deyib.

"Mənim belə bir plandan xəbərim yoxdur. Mən suveren dövlət və alyansın qəbul edəcəyi qərarı qabaqlamaq istəmirəm. ABŞ-ın bu ölkələrdə hərbi iştirakına dair heç bir plan yoxdur" - deyə Kirbi vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31