Kiyev vilayətində güllələnmiş 132 sakinin cəsədləri tapılıb
8 Aprel 2022 22:26 DünyaKiyev vilayətinin Makarovka qəsəbəsində güllələnmiş 132 sakinin cəsədləri tapılıb.
Olaylar.az UNİAN-a istinadən bildirir ki, bunu qəsəbənin başçısı Vadim Tokar telemarafonda bildirib.
"Biz Rusiya ordusu tərəfindən güllələnmiş 132 mülki şəxsin cəsədlərini aşkarlamışıq" - deyə Tokar bildirib.
Tokarın sözlərinə görə kəndin 40%-i tamamilə dağıdılıb. Bombalanma nəticəsində xəstəxana, uşaq bağçası və evlər məhv olub. Ərazi minalardan təmizləndikdən sonra qəsəbəyə qaz və elektrik verilməsi bərpa olunur.
Qəsəbə başçısının sözlərinə görə, burada münaqişəyə qədər 15 000 nəfər yaşayırdı. Döyüşlərin şiddətli mərhələsində qəsəbədə min nəfər qalmışdı. Hazırda azad edilmiş yaşayış məntəqəsində tibb briqadası işləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31