Avropa Komissiyasının sədri Buçaya gəlib – FOTO

Avropa Komissiyasının sədri Ursula fon der Lyeyen, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel və Slovakiyanın baş naziri Eduard Geger Buçaya səfər ediblər.

Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib. O bildirib ki, avropalı siyasətçilərə rus hərbçilərinin dinc ukraynalılara qarşı törətdiyi vəhşiliklərin sübutları göstərilib. "Biz düşməni bu cinayətlərə görə heç vaxt bağışlamayacağıq. Avropalı tərəfdaşlarımızla birlikdə təcavüzkarı tez bir zamanda dayandırmaq üçün çalışırıq", - Şmıqal deyib.

azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31