“Belə təzyiqlər mövcud siyasi rejimin möhkəmlənməsinə gətirib çıxarır” - Dmitri Medvedev
8 Aprel 2022 21:36 Dünya"Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların məqsədi hökuməti devirməkdir".
Olaylar.az xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, Qərb sanksiyalar tətbiq edərkən dövləti zəiflədəcəyinə və cəmiyyətdə narazılıq yaradacağına ümid edir ki, bu da hakimiyyəti dəyişməyə cəhddir: "Belə təzyiqlər adətən əks nəticəyə - vətəndaş cəmiyyətinin hakimiyyət ətrafında birləşməsinə və mövcud siyasi rejimin möhkəmlənməsinə gətirib çıxarır".
Medvedev tətbiq edilən məhdudiyyətləri repressiya adlandıraraq, onların Rusiyaya qarşı hibrid müharibənin tərkib hissəsi olduğunu deyib.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31