Hərbi təyyarə qəzaya uğradı
8 Aprel 2022 21:11 DünyaRusiyanın Leninqrad vilayətinin Luqa rayonunda MiQ-31 qırıcısı qəzaya uğrayıb.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Qərb Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, pilotlar katapult edərək xilas olublar. Təyyarə qəsəbədən uzaqda yerə düşdüyündən mülki infrastruktur obyektlərinə ziyan dəyməyib.
Qəzaya ilkin səbəb kimi təyyarədə nasazlığın olması göstərilib.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31