"Rusiyanın Şuradan çıxarılması məsələnin həllinə kömək etmir" - Kuba xarici işlər naziri

Rusiyanın İnsan Hüquqları Şurasında üzvlüyünün dayandırılması Ukraynadakı münaqişənin sülh yolu ilə, danışıqlar yolu ilə və davamlı həllinə kömək etmir.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Kuba xarici işlər naziri Bruno Parrilla deyib.

"Bu gün Rusiyadır, sabah isə (Qərb - red.) hökmranlığın maraqlarına boyun əyməyən, müstəqilliyini müdafiə edən cənub xalqlarından hər hansı biri ola bilər", - Parrilla qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31