Rusiya Polşa diplomatlarını ölkədən çıxarır

Rusiya Polşa səfirliyi və konsulluqlarının 45 əməkdaşını arzuolunmaz şəxs elan edib.

Olaylar.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Qeyd olunur ki, bu qərar Polşanın analoji addımına cavab olaraq qəbul edilib. Bu il martın 23-də Polşa 45 rusiyalı diplomatın ölkədən çıxarılmasını elan etmişdi.

Rusiya XİN-in qərarına əsasən, Polşanın Rusiyadakı səfirliyindən, eləcə də İrkutsk, Kalininqrad və Sankt-Peterburqdakı konsulluqlarında 45 əməkdaş arzuolunmaz şəxs elan edilib.

Həmin şəxslərin aprelin 13-dək Rusiyanı tərk etməsi tapşırılıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31