“Yaxın günlərdə Donbasda çox çətin vəziyyətin şahidi olacağıq” –Makron

"Düşünürəm ki, yaxın günlərdə və həftələrdə Donbasda çox çətin vəziyyətin şahidi olacağıq".

Olaylar.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

Makronun fikrincə, Ukrayna ərazisində döyüşlər hələ bitməyib: "Hazırkı vəziyyəti nəzərə alaraq, Fransa tərəfi Türkiyə, Yunanıstan və Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə Mariupol və Dnepr şəhərlərində humanitar əməliyyatların aparılması üçün mümkün olan hər şeyi edir".

Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31