ABŞ müharibə vaxtı Ukraynaya kəşfiyyat məlumatları ötürdüyünü açıqlayıb

ABŞ-ın müdafiə naziri ilk dəfə açıq şəkildə bəyan edib ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinə Donbasda əməliyyatlar aparmaq üçün kəşfiyyat məlumatları təqdim edir.

Olaylar.az CNN-ə istinadən xəbər verir ki, o bunu ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı deyib.

O, həmçinin vurğulayıb ki, ABŞ Ukraynanın bölgədə Rusiya hərbçilərinə qarşı hücumlar həyata keçirməsinə mane olmur.

Xatırladaq ki, aprelin 6-da ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, Amerika tərəfi Ukraynaya onun ərazisində yerləşən hər bir rus tankı üçün 10 tank əleyhinə sistem vermək niyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31