Pakistan Ali Məhkəməsi parlamentin buraxılması qərarını ləğv edib
7 Aprel 2022 22:14 DünyaPakistanın Ali Məhkəməsi Milli Assambleyanın buraxılmasını və Baş nazir İmran Xana etimadsızlıq səsverməsinin ləğvini qeyri-konstitusion adlandırıb.
Olaylar.az report-a istinadən bildirir ki, baş hakimlər Milli Assambleyaya İmran Xana etimadsızlıq səsverməsi üçün aprelin 9-da iclas çağırmağı tapşırıblar.
Milli Assambleya aprelin 3-də baş nazirin müraciətindən sonra prezident Arif Alvinin qərarı ilə buraxılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31